
"Zirə" Misli Premyer Liqasının XII turunun açılış oyununda heç-heçə edib.
Qaynarinfo-nun məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "İmişli" ilə üz-üzə gəlib.
Yevlax şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Qartallar"ın qollarını 44-cü dəqiqədə Davit Volkov, 55-ci dəqiqədə Rikardo Martins vurublar. Meydan sahiblərindən Seyxan Fərəcov 71 və 76-cı dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib.
Xallarının sayını 20-yə çatdıran "Zirə" hələlik dördüncü pillədə qərarlaşıb. "İmişli" 12 xalla səkkizinci sıradadır.
Günün ikinci matçında "Sabah" "Sumqayıt"ın qonağı olacaq.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.