Xəbər lenti

FHN-də kadr dəyişikliyi: Tabor komandiri təqaüdə göndərildi
Ölkə13:13 20.11.2026

FHN-də kadr dəyişikliyi: Tabor komandiri təqaüdə göndərildi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunun komandiri vəzifəsindən azad edilib.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Elnur Oqtay oğlu Qarayev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Müvəqqəti olaraq bu vəzifənin icrası Elvin Novruz oğlu Qocayevə həvalə edilib.

Qeyd edək ki, Elvin Qocayev uzun illər FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taborunda şöbə rəisi vəzifəsində çalışıb.

Aydın