Xəbər lenti

Emin Əmrullayev sabiq nazirə vəzifə verdi
Ölkə09:34 20.11.2026

Emin Əmrullayev sabiq nazirə vəzifə verdi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elxan Nəcəfov elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Bu barədə Qaynarinfo-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Qeyd edək ki, Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.

2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.

2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.