
Bakının Sabunçu rayonunda həkimin sürücüsü ilə cangüdəni arasında baş verən dava bıçaqlanma ilə nəticələnib.
Qaynarinfo "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.
Məlumata görə, həkimin sürücüsü işləyən, 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə onun cangüdəni ilə mübahisə edib.
Mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Tərəflər arasında münaqişə onlar evdə sərxoş vəziyyətdə olarkən baş verib.