
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında məlumat paylaşılıb.
“Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərin kədər hissi keçiririk.
Yaxınlarını itirən ailələrə səmimi başsağlığı verir, düşüncələrimizin bu faciədən zərər çəkən hər kəslə olduğunu bildiririk. Xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayırıq”, - paylaşımda qeyd edilib.