Xəbər lenti

OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
Ölkə17:32 19.11.2026

OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölkəmizdə ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “OBA” marketlər şəbəkəsi müharibə veteranlarının məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnaməni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim edib.

Forumda məşğulluğun təminatı sahəsində dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsi, işəgötürənlərə dövlət dəstəyi və birgə təşəbbüslər müzakirə olunub. Tədbirdə həssas qruplara aid şəxslərin məşğulluğunun təminatına mühüm töhfələr verən 5 özəl sosial tərəfdaş mükafatlandırılıb.

Bu təltif “OBA” marketlər şəbəkəsinin sosial məsuliyyət sahəsində fəaliyyətinin və müharibə veteranlarının məşğulluğuna verdiyi töhfənin qiymətləndirilməsidir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək müharibə veteranları üçün yeni iş imkanlarının yaradılmasını hədəfləyir. Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi 2023-cü ildən etibarən hər il məşğulluğun dəstəklənməsinə verdiyi töhfələrə görə müxtəlif nominasiyalar üzrə təltif olunub.