Xəbər lenti

Sabah Bakıda leysan yağacaq
Ölkə15:42 19.11.2026

Sabah Bakıda leysan yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.