Xəbər lenti

Könül Xasıyevanın oxuduğu pubun sahibi: "Ehtiyacı olanda heç kim onun yanında olmayıb"
Ekonomiks11:51 19.11.2026

Könül Xasıyevanın oxuduğu pubun sahibi: "Ehtiyacı olanda heç kim onun yanında olmayıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Könül Xasıyeva pubda deyil, restoranda oxuyub”.

Qaynarinfo xəbər verir ki, bunu Xalq artisti Könül Xasıyevanın oxuduğu pubun sahibi sosial mediada sənətçini tənqid edənlərə cavab verərkən deyib.

O, gecə klubu işlətmədiyini vurğulayıb:

“Biz restoran işlədirik, canlı musiqidir. Könül xanıma təşəkkür edirəm, saydı və gəldi. Gözəl konsert proqramı keçdi. Noyabrın 24-ü yenidən konsert olacaq. Biz də azərbaycanlıyıq, bu xalqın nümayəndəsiyik. Könül xanım da açıqlama yayaraq dedi ki, ehtiyacı olanda heç kim onun yanında olmayıb. Könül xanımın bizim məkana gəlməsi bizim üçün böyük şərəfdir”.

Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva Bakıda fəaliyyət göstərən pubda ifası böyük müzakirələrə yol açıb. İzləyicilər sənətçini orada oxuduğu üçün qınayıb.

Bahar Rüstəmli