
Gənclər və idman naziri Fərid Qayıbov "Eurosport"un Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyardı qəbul edib.
Bu barədə Qaynarinfo-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Görüş zamanı idman yarışlarının beynəlxalq səviyyədə təbliği, media əməkdaşlığı və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov və Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev iştirak ediblər.