Xəbər lenti

Bərdədə qadın sürücü qəza törətdi: 32 yaşlı kişi öldü
Ölkə22:01 18.11.2026

Bərdədə qadın sürücü qəza törətdi: 32 yaşlı kişi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

Qaynarinfo xəbər verir ki, hadisə Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi avtomobil yolu keçən Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Qasımovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunması üçün Bərdə rayon morquna aparılıb.
Faktla bağlı araşdırma aparılır.