Xəbər lenti

"Xəzər Xəbər"dən ayrıldı, dövlət qurumunda vəzifəyə təyin edildi
Ekonomiks14:10 18.11.2026

"Xəzər Xəbər"dən ayrıldı, dövlət qurumunda vəzifəyə təyin edildi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinə yeni müdir təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu vəzifəyə tanınmış aparıcı Günel Qədimova təyinat alıb.

"Artıq peşəkar fəaliyyətimi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində Rəqəmsal kommunikasiya şöbəsinin müdiri vəzifəsində davam etdirirəm", - deyə G.Qədimova bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Xəzər Xəbər"in aparıcısı Günel Qədimova kanalla yollarını ayırdığını bildirmişdi.