
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyində bir sıra rəhbər şəxslər vəzifələrindən azad olunublar.
Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlə, Maliyyə departamentinin müdiri Şəms Qasımzadə vəzifəsindən azad olunub.
Digər əmrlə, Elvin Məlikli İnzibati departamentinin Satınalma şöbəsinin müdiri vəzifəsindən çıxarılıb.
Qeyd edək ki, Ş. Qasımzadə sözügedən vəzifəyə ötən il, E. Məlikli isə cari ilin mayında təyin olunub.
Adıçəkilən vəzifələrə hələlik təyinat olmayıb.