Xəbər lenti

Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşır (FOTO)
Ölkə11:04 18.11.2026

Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xətai rayonu, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunun tikinti, bərpa və yenidənqurma işləri təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun olaraq İri Şəhərlərin Su Təchizatı tərəfindən intensiv şəkildə davam etdirilir.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.

Məlumata əsasən, plan üzrə görülən işlər artıq yekunlaşmaq üzrədir.

Məqsəd mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması, kollektorun istismar gücünün artırılması, ərazidə yağış sularının daha səmərəli idarə olunmasıdır.