Xəbər lenti

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə 1000 manata qədər kompensasiya veriləcək
Ekonomiks12:00 17.11.2026

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə 1000 manata qədər kompensasiya veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir ixrac gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi müəyyənləşib.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

Belə ki, bir ixrac gömrük bəyannaməsi üzrə rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi məbləğinin yuxarı həddi Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçılar tərəfindən ödənilmiş gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarının məbləği qədər, lakin 1 000 manatdan yuxarı olmamaqla müəyyən ediləcək.