Xəbər lenti

Bakı meriyasında struktur dəyişiklikləri - Yeni təyinatlar
Ekonomiks18:01 16.11.2026

Bakı meriyasında struktur dəyişiklikləri - Yeni təyinatlar

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, qurumun İctimai-siyasi, Humanitar məsələlər və Dini Qurumlarla iş şöbəsi birləşdirilərək onun əsasında İctimai-siyasi məsələlər şöbəsi yaradılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ləğv olunaraq İctimai-siyasi məsələlər şöbəsinə birləşdirilib. İctimai-siyasi, Humanitar məsələlər və Dini Qurumlarla iş şöbəsinin rəhbəri Elmin İmanov yeni şöbəsinin müdiri olaraq qalıb. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov E.İmanovun müavini təyin olunub.

Qurumun Mənzil fondunun uçotu şöbəsi Şəhər təsərrüfatı şöbəsinə birləşdirilib və nəticədə, şöbənin adı dəyişdirilərək Şəhər təsərrüfatı və mənzil fondunun uçotu şöbəsi olub. Şöbəyə rəhbərlik isə əvvəlki Şəhər təsərrüfatı şöbəsinin müdiri olan Məmməd Qasımova tapşırılıb.

Bundan başqa, Tikinti məsələləri şöbəsi Nəzarət-təftiş şöbəsinə birləşdirilib və Nəzarət və tikinti məsələləri şöbəsi yaradılıb. Ləğv olunan Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayilov yeni şöbənin müdiri vəzifəsinə gətirilib. Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev isə Zülfəli İsmayilovun müavini olub.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin adı dəyişdirilərək Ərazi-təşkilat məsələləri şöbəsi adlandırılıb və şöbə rəhbəri vəzifəsində isə Anar Tağıyev saxlanılıb.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi Sosial-iqtisadi məsələlər və mədəni irsin qorunması şöbəsi adlandırılıb və Vüqar Qəhrəmanov şöbə müdiri olaraq vəzifəsində qalıb.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinə çevrilib və müdir vəzifəsində Yaqut Mönsümova saxlanılıb.