Xəbər lenti

Keyt Middlton xərçəng müalicəsindən sonra ilk uzunmüddətli xarici səfərinə hazırlaşır
Dünya15:53 16.11.2026

Keyt Middlton xərçəng müalicəsindən sonra ilk uzunmüddətli xarici səfərinə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniya Uels şahzadəsi Keyt Middlton 2024-cü ildə xərçəng müalicəsi aldıqdan sonra ilk dəfə uzunmüddətli rəsmi xarici səfərə çıxmağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, Kensinqton Sarayının açıqlamasına görə, Keyt Middlton həyat yoldaşı, şahzadə Uilyamla birlikdə Hindistanın Mumbay şəhərində üçgünlük proqramda iştirak edəcək.

Səfərin əsas tədbiri Uilyamın ətraf mühit problemlərinin həllinə yönəlmiş innovativ layihələri mükafatlandırmaq məqsədilə təsis etdiyi “Earthshot” mükafatının təqdimetmə mərasimi olacaq.

Tədbirdə kriket əfsanəsi Saçin Tendulkar, məşhur aktyor Rami Malek və Britaniyanın pop musiqi qrupu “Take That” də iştirak edəcək.

Günay