Xəbər lenti

"OBA"dan 10 AZN-ə ikiotaqlı, tam təmirli mənzil qazanmaq şansı (VİDEO)
Ekonomiks15:10 16.11.2026

"OBA"dan 10 AZN-ə ikiotaqlı, tam təmirli mənzil qazanmaq şansı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“OBA” marketlər şəbəkəsi 10 illik yubileyini “Əjdaha uduş” lotereyası ilə qeyd edir. Noyabrın 15-də başlayan lotereyaya dekabrın 15-dək qoşulmaq mümkündür.

Lotereyanın əsas mükafatı Abşeronun Masazır qəsəbəsində ikiotaqlı, tam təmirli mənzildir. Daha bir qalib 2026-cı il buraxılışlı Changan UNI-Z avtomobili qazanacaq. Digər 10 qalibin hər birinə 1 200 manat dəyərində birillik "OBA Plus" alış-veriş bonusu veriləcək. Bonus qaliblərin balansına ayda 100 manat olmaqla əlavə ediləcək.

“OBA” mağazalarında bir alış-verişdə hər tam 10 AZN bir lotereya şansı qazandırır. İştirak etmək üçün kassada "OBA Plus" tətbiqini oxutmaq lazımdır. Tətbiqi kassada oxutmayan müştərilər qəbzdəki ƏDV QR kodunu sonradan OBA Plus-da oxudaraq da şans əldə edə bilərlər. Lotereyada 18 yaşına çatmış Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Qeyd: Lotereya məhsulları, tütün məmulatları və spirtli içkilər lotereya şansı qazandıran 10 AZN-lik alış-veriş məbləğinə daxil edilmir.

Qaliblər dekabrın 22-də keçiriləcək tirajda təsadüfi seçimlə müəyyənləşəcək. Tiraj “OBA”nın rəsmi instagram səhifəsində və YouTube kanalında canlı yayımlanacaq. Lotereyanın tam şərtləri OBA Plus tətbiqində yerləşdirilib.

“Əjdaha məhsullara əjdaha endirimlər” kampaniyası dekabrın 2-dək davam edəcək. Bu müddətdə “OBA” mağazalarında seçilmiş məhsulları 70 faizədək endirimlə almaq mümkündür.