Xəbər lenti

Mehriban Qəmbərova tənqid olundu, Məhəbbət Kazımovun oğlu dəstək verdi
Maqazin14:10 16.11.2026

Mehriban Qəmbərova tənqid olundu, Məhəbbət Kazımovun oğlu dəstək verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Mehriban Qəmbərova tənqid hədəfinə çevrilib.

Qaynarinfo xəbər verir ki, buna səbəb onun mərhum sənətkar Məhəbbət Kazımovun "O gözlərə baxmaram" mahnısını repertuarına daxil olub. Onun bu ifası Məhəbbət Kazımovun pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb.

İzləyicilər sözügedən mahnının Məhəbbət Kazımovun ifasında daha gözəl alındığını bildirib. Bəzi izləyicilər isə Mehriban Qəmbərovanın Məhəbbət Kazımovun ailə üzvlərindən halallıq almadığını qeyd edib.

Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov Qaynarinfo-ya açıqlamasında "O gözlərə baxmaram" mahnısının icazəsinin alındığını bildirib. Bundan əlavə Rəşid Kazımov mahnını Mehriban Qəmbərovanın ifasında bəyəndiyini də vurğulayıb:

"Səsi həqiqətən mahnıya uyğun gəlib. Amma məlum məsələdir ki, mahnı ilk səsləndiyi kimi oxuna bilməz. Sənətçi arasında həm səs, həm də təcrübə baxımından böyük fərq var”.

Bahar Rüstəmli