Xəbər lenti

Küləkli hava şəraitində işçilərin çalışması yeni qaydalarla tənzimlənəcək
Ekonomiks12:20 16.11.2026

Küləkli hava şəraitində işçilərin çalışması yeni qaydalarla tənzimlənəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda küləkli hava şəraitində işçilərin çalışması yeni qaydalarla tənzimlənəcək.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

Sənədə əsasən, işçilər küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda) işləyərkən onlara müəyyən olunmuş qaydada fasilələr veriləcək və iş dayandırılacaq.

Həmçinin küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.