Xəbər lenti

İndoneziya tüstüyə görə Sinqapur və Malayziyadan üzr istədi
Dünya12:02 16.11.2026

İndoneziya tüstüyə görə Sinqapur və Malayziyadan üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İndoneziya prezidenti Prabovo Subianto ölkəsində aylarla davam edən təbii yanğınların tüstüsünün qonşu Sinqapur və Malayziya sakinlərinə yaratdığı narahatlığa görə üzr istəyib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə noyabrın 15-də qonşu ölkələrin rəhbərlərinə ünvanladığı müraciətdə bildirib.

Prabovo Subianto yanğınlarla mübarizə üçün bütün mümkün tədbirlərin görüldüyünü qeyd edib. Onun sözlərinə görə, söndürmə əməliyyatlarına 71 mindən çox insan cəlb olunub. Hadisələr zamanı 16 yanğınsöndürən həyatını itirib, çoxsaylı şəxslər xəsarət alıb. Bundan başqa, iki helikopter itirilib.

İndoneziya prezidenti yanğınlara səbəb olan şirkətlərə qarşı sərt tədbirlərin görüləcəyini də açıqlayıb. Bildirib ki, artıq 17 şirkətin konsessiya müqaviləsi ləğv edilib, 26 şirkət barəsində məhkəmə araşdırmalarına başlanılıb. Onlardan 11-nin rəhbərliyinə ittiham irəli sürülüb.

Dövlət başçısının sözlərinə görə, daha 23 şirkətə qarşı ittihamların irəli sürülməsi planlaşdırılır. Ümumilikdə, hüquq-mühafizə orqanları 104 şirkətin fəaliyyətini araşdırır.

Subianto, həmçinin təbii yanğınların qarşısının alınması və bu sahədə proqramların həyata keçirilməsi üçün ixtisaslaşmış dövlət qurumunun yaradılacağını bildirib.

Qeyd edək ki, prezidentin müraciəti Manilada keçirilən ASEAN-ın 49-cu sammitinin ilk günündən sonra yayımlanıb. Sammitdə iştirak edən ölkələrin nümayəndələri sərhədlərarası tüstü çirklənməsi ilə mübarizə üzrə ASEAN Koordinasiya Mərkəzinin fəaliyyətinə dair sazişin ratifikasiyasını sürətləndirməyə çağırıblar.

Aydın