Xəbər lenti

DSMF-nin hesabatlarında 122 milyon manatlıq vəsait əks olunmayıb
Ekonomiks13:59 16.11.2026

DSMF-nin hesabatlarında 122 milyon manatlıq vəsait əks olunmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci il üzrə daxilolma və xaricolma hesabatlarında investisiya fəaliyyətindən əldə edilmiş gəlirlərlə bağlı 122.2 milyon manatlıq vəsaitin əks etdirilmədiyi müəyyən olunub.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, DSMF-nin gəlir və xərclərinin auditi zamanı toplanmış sübutların və maliyyə hesabatlarındakı göstəricilərin təhlili bəzi daxilolmaların hesabatlara daxil edilmədiyini üzə çıxarıb.

Belə ki, 2025-ci ildə investisiya fəaliyyətindən əldə edilmiş gəlirlər üzrə vəsaitlər daxilolma və xaricolma hesabatlarında tam əks etdirilməyib. Nəticədə müvafiq göstəricilər 122.2 milyon manat az göstərilib.

Hesablama Palatası vurğulayıb ki, bu nöqsan əvvəlki audit zamanı da müəyyən edilib və 2025-ci ildə təkrarlanıb.

Qurumun qiymətləndirməsinə görə, DSMF-nin, eləcə də İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyəti üzrə gəlir və xərclərinin müvafiq fondların büdcələrində tam əks etdirilməməsi icmal büdcənin göstəricilərinə də təsir göstərir.