
Belçikanın baş naziri Bart De Vever hökumət koalisiyası daxilində büdcə ilə bağlı fikir ayrılıqlarını aradan qaldıra bilmədiyi üçün üçüncü dəfə istefa vermək niyyətini ölkə kralına çatdırıb. Lakin Kral Filip onun müraciətini qəbul etməyərək danışıqların davam etdirilməsi üçün əlavə vaxt verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Belçika Kral Sarayının sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, kralın qəbulunda olan De Vever koalisiya daxilində büdcə məsələləri ilə bağlı fərqli mövqeləri hələ də uzlaşdırmağın mümkün olmadığını bildirib. Bununla belə, baş nazir razılığa gəlmək üçün səylərini davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Kral Filip hökumət başçısından danışıqları davam etdirməyi və mümkün qədər qısa müddətdə razılaşma əldə etməyi istəyib. De Veverə noyabrın 23-dək möhlət verilib.
Qeyd edək ki, Belçikada hakim koalisiyanın 2027-ci ilin dövlət büdcəsi ilə bağlı danışıqları nəticəsiz qalıb. Bu vəziyyət ölkədə siyasi və büdcə böhranı təhlükəsini artırıb.
“De Standaard” nəşri noyabrın əvvəlində baş nazirin istefa verdiyini yazmışdı. Lakin Belçikada ənənəvi olaraq monarx baş nazirin ilk istefa müraciətini qəbul etməyərək ona siyasi qüvvələr arasında razılıq əldə etmək üçün əlavə imkan yaradır.
Aydın