Xəbər lenti

Azərbaycan millisi Andorraya qalib gəldi
İdman23:50 16.11.2026

Azərbaycan millisi Andorraya qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, Ayxan Abbasovun komandası səfərdə Andorra ilə üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Matçı ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edib.

Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu oyunu olub.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteynə qalib gəlib - 1:0.

Andorra - Azərbaycan - 1:3

Qol: Eşqin Əhmədov, 2 (0:1), Musa Qurbanlı, 48 (0:2), Fernandez, 55 (1:2), Toral Bayramov, 70-pen. (1:3)

Baş hakim: Xose Luis Munuera

“Estadi de la FAF” stadionu