Xəbər lenti

Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Ölkə22:47 16.11.2026

Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmirdə iki avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Qaynarinfo APA-ya istinadən bildirir ki, hadisə zamanı rayonun Çöhranlı kənd sakini, 1995-ci il təvəllüdlü Elçin Eynulla oğlu İbrahimovun idarə etdiyi "Nissan" markalı avtomobillə Ağdaş şəhər sakini Anar İntiqam oğlu Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, həmçinin "Mercedes"in sərnişinləri - Gəncə şəhər sakinləri, 2007-ci il təvəllüdlü Pərişan Vasif qızı Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Vüqar oğlu Tağıyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.