Xəbər lenti

Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində (VİDEO)
Ölkə22:17 16.11.2026

Alyona Əliyeva “Sərhədsiz Uçuş” sərgisində (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DanceAbility Azerbaijan şirkəti 30 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” beynəlxalq festivalı çərçivəsində “Sərhədsiz Uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edib.

Qaynarinfo xəbər verir ki, sərgiyə Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva qatılıb.

İncəsənət, inklüzivlik və ekologiyanı bir araya gətirən sərgi quşların üzləşdiyi təhlükələrə və insanın təbiət qarşısında məsuliyyətinə diqqət çəkməklə yanaşı, biomüxtəlifliyin qorunması istiqamətində uzunmüddətli və sistemli dəyişikliklərə də təkan verib.