Xəbər lenti

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
Sağlamlıq23:59 16.11.2026

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Soyuq havalarda dərinin quruması, həssaslaşması və qabıqlanması geniş yayılmış problemlərdəndir. Lakin bu əlamətləri aradan qaldırmaq üçün skrab və turşulardan istifadə etmək dərinin vəziyyətini daha da pisləşdirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Nadejda Zorina “İzvestiya” nəşrinə açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, qış aylarında dəri həm çöldəki soyuq hava və küləyin, həm də ev və iş yerlərində istilik sistemlərinin yaratdığı quru havanın təsirinə məruz qalır. Bu amillər dəridən nəmin daha sürətlə itirilməsinə, quruluq və həssaslığın artmasına səbəb olur.

Zorina bildirib ki, mövsümi quruluğun əsas əlamətləri qızartı, xırda qabıqlanma, dəridə dartılma və nahamarlıq hissidir. Lakin güclü qaşınma, kəskin qızartı, ağrılı çatlar və qabıqların yaranması atopik dermatit, ekzema və ya psoriaz kimi daha ciddi dəri problemlərinin göstəricisi ola bilər.

Dermatoloq qışda yol verilən ən böyük səhvlərdən birinin qabıqlanmanı skrab və turşulu vasitələrlə aradan qaldırmağa çalışmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, dəri baryeri zəiflədikdə əlavə pilinq qıcıqlanmanı artırır və mikroskopik çatların yaranmasına səbəb olur.

Həmçinin isti su ilə yuyunmaq, qələvi tərkibli sabunlardan və spirtli toniklərdən istifadə etmək də dərinin qoruyucu lipid qatına mənfi təsir göstərir.

Mütəxəssis qış aylarında nəmləndirici və dəri baryerini bərpa edən komponentlərə üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, skvalan dərini yumşaldır, hialuron turşusu və qliserin nəmi saxlamağa kömək edir, pantenol isə qıcıqlanmanı sakitləşdirir. Tərkibində 2-5 faiz karbamid olan vasitələr də dərinin nəmini qorumaqda faydalıdır. Bununla belə, yüksək konsentrasiyalı karbamid qıcıqlanmış dəridə yanma hissi yarada bilər.

Zorina qabıqlanma müşahidə olunan şəxslərə müvəqqəti olaraq skrablardan, turşulu pilinqlərdən və retinoidlərdən uzaq durmağı məsləhət görüb. O, ətirsiz, yumşaq tərkibli təmizləyici vasitələrdən istifadə etməyi, üzü ilıq su ilə yumağı və təmizlədikdən dərhal sonra, dəri hələ bir qədər nəmli olarkən krem çəkməyi tövsiyə edib.

Aydın