Xəbər lenti

Çində dünyanın ən uzun asma körpüsü tikildi - Mərkəzi aşırımı 1208 metrdir
Dünya10:23 17.11.2026

Çində dünyanın ən uzun asma körpüsü tikildi - Mərkəzi aşırımı 1208 metrdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində Yantszı çayı üzərində inşa edilən Çantay körpüsü dünyanın ən uzun asma körpüsü kimi rekorda imza atıb. Nəhəng mühəndislik qurğusu Çançjou və Tayçjou şəhərlərini birləşdirərək iki şəhər arasındakı yol müddətini 80 dəqiqədən təxminən 20 dəqiqəyə endirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın WNP portalı məlumat yayıb.

2025-ci ilin sentyabrında istifadəyə verilən körpünün tikintisi altı il davam edib. Ümumi uzunluğu 10,3 kilometr olan qurğunun əsas aşırımı 1208 metrdir. Körpünün dayaqlarının hündürlüyü isə 350-352 metrə çatır. Bu göstərici təxminən 120 mərtəbəli göydələnin hündürlüyünə bərabərdir.

Layihənin həyata keçirilməsi zamanı bir sıra innovativ texnologiyalardan istifadə olunub. Tikintidə dünyada ilk dəfə yük momenti 10 min ton-metrdən çox olan intellektual qüllə kranı tətbiq edilib.

Çantay körpüsünün əsas xüsusiyyətlərindən biri avtomobil magistralını, yerli nəqliyyat yolunu və şəhərlərarası dəmir yolu xəttini eyni konstruksiyada birləşdirməsidir. Aşağı səviyyədəki asimmetrik quruluşun bir tərəfində dəmir yolu, digər tərəfində isə yerli avtomobillər üçün yol yerləşir.

Körpünün hər biri 388 metr uzunluğunda olan əlavə tağlı hissələri də mövcuddur. Bu konstruksiyalar avtomobil və dəmir yolu nəqliyyatının hərəkətini təmin edir.

Çantay körpüsü əsas aşırımının uzunluğuna görə əvvəllər rekordçu sayılan Rusiyanın Vladivostok şəhərindəki Rus körpüsünü də geridə qoyub. Həmin körpünün mərkəzi aşırımı 1104 metrdir.

Bundan başqa, Çantay körpüsü polad tağlı konstruksiyaya malik avtomobil və dəmir yolu körpüləri arasında da dünyanın ən uzunlarından biri kimi deyil, bu kateqoriyada rekordçu kimi təqdim olunur. O, fasiləsiz polad tir aşırımlarının uzunluğuna görə də mühəndislik rekordları müəyyənləşdirib.

Aydın