Xəbər lenti

Azərbaycanla Almaniya 10 sənəd üzərində iş aparır
Siyasət11:44 18.11.2026

Azərbaycanla Almaniya 10 sənəd üzərində iş aparır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan-Almaniya, Azərbaycan-Aİ kontekstində münasibətlərin inkişafı və daha geniş beynəlxalq prosesləri müzakirə etmək imkanımız olub".

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr sistemi mövcuddur, bu ilin aprelində isə Bakıda siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib: “Ölkələrimiz arasında kifayət qədər hüquqi baza mövcuddur, 80 müxtəlif sənəd, saziş qüvvədədir, 10 sənəd üzrə iş davam etdirilir”.//APA