
Müğənni Könül Kərimova şəxsi geyimlərini satışa çıxarmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, sənətçi bu addımı evində geyimlər üçün yer qalmaması ilə əlaqələndirib.
Könül Kərimova bildirib ki, “Könül dünyamız” adlı mağaza açacaq və burada şəxsi geyimlərini satışa təqdim edəcək:
“Neçə ildir sənətdəyəm. Bir də baxdım ki, evdə paltarlara yer yoxdur. Qərara gəldim ki, bu geyimləri satışa çıxarım. Həddindən artıq çox paltarım var. Elə geyimlərim də var ki, onları satmaq istəmərəm. Çox qiymətli geyimlərdir. Xatirəsi olan paltarları saxlayacağam, qalanlarını isə satacağam”.
Müğənni əlavə edib ki, “Könül dünyamız” adlı mağaza geyimlər satılana qədər fəaliyyət göstərəcək.
Bahar Rüstəmli