Xəbər lenti

Mətanətdən müğənni olmaq istəyənlərə məsləhət: "Ailə qurun, bir kişinin çörəyini yeyin"
Maqazin16:21 17.11.2026

Mətanətdən müğənni olmaq istəyənlərə məsləhət: "Ailə qurun, bir kişinin çörəyini yeyin"

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, o, özünə ailə həyatı qurmaq üçün saysız-hesabsız təkliflərin edildiyini bildirib:

"Saymaqla bitməz, amma istəmirəm. Mənim üçün bu kitab bağlanıb. Bu saat yadıma sağlam can düşür. Ancaq axirəti düşünürük".

Mətanət Əsədova müğənni olmaq istəyənlərə çağırış edib:

“Böyük yanlışlığım olub ki, səhnəyə gəlib, müğənni olmuşam. Bu dəqiqə səhnəyə gəlmək istəyənlərin sayı çoxdur. Boş şeydir, gəlməyin... Gedin ailə qurun, bir kişinin çörəyini yeyin".

Bahar Rüstəmli