
Parlamentdə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, deputat Zahid Oruc bu qanun layihəsinin müzakirəsiz qəbulunu təklif edib:
"Ekranda adı olan həmkarlar etiraz eləməsələr, bu layihəni müzakirəsiz qəbul edək, ikinci oxunuşda ayrı-ayrı təklifləri vermək olar. Rica edirəm, birinci oxunuşda qəbul edək".
Bu zaman həmkarı Hikmət Babaoğlu ona sərt reaksiya verib:
"Doğrusu, adının həmişə birinci yazılmasına öyrəşmiş bəzi dostlarımız özlərini siyahıda birinci görməyəndə narahat olurlar, stres keçirirlər. Məncə, bu doğru deyil. Zahid müəllim, sizə deyirəm".