Xəbər lenti

Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik
Dünya13:06 19.11.2026

Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ukraynadakı münaqişə məsələsinin həlli üzrə müəyyən proseslər artıq baş verir".

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp APEC sammitində Çin və Rusiya liderləri Si Szinpin və Vladimir Putinlə üçtərəfli görüşündə bildirib.

"Bu gün Prezident Putinlə uzun sürən söhbətimiz oldu. Biz uzun müddət danışdıq və demək olar ki, bütün müzakirə məhz bu məsələyə həsr olunmuşdu", deyə Tramp bildirib.

Onun sözlərinə görə, artıq müəyyən proseslər baş verir: "Hesab edirəm ki, o (Vladimir Putin, - red.) da mənim kimi bu münaqişənin başa çatmasını istəyir. Ümid edirəm ki, digər tərəf də münaqişənin dayandırılmasında maraqlıdır".

"Dünyanın üç ən böyük ölkəsinin liderləri olaraq, yalnız xalqlarımıza deyil, bütün dünyaya təsir edən məsələlərlə bağlı açıq, qarşılıqlı hörmətə əsaslanan və səmərəli dialoq aparmaq kimi xüsusi məsuliyyət daşıyırıq", deyə Tramp əlavə edib.

Tramp qeyd edib ki, heç bir problem danışıqlardan imtina etməklə həll olunmur: "Sülhə nail olmaq üçün danışıqlar aparmaq imkanlarından üz döndərmək olmaz".

"Bundan əvvəl keçmiş liderlər ixtilafları olduğu ölkələrlə danışmaqdan tez-tez yayınırdılar. Biz isə bunun əksini hiss edirik. Əgər sizin nüvə silahınız varsa, bundan sonra onlara sahib olmamaq çox çətindir", deyə Tramp qeyd edib.