Xəbər lenti

Si Szinpin: "Böyük güclər yekdil davrananda dünya sülh içində olacaq"
Dünya13:03 19.11.2026

Si Szinpin: "Böyük güclər yekdil davrananda dünya sülh içində olacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Böyük güclər yekdil davrananda dünya sülh və əmin-amanlıqda olacaq".

Qaynarinfo xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Szinpin ABŞ və Rusiyadan olan həmkarları ilə üçtərəfli görüşün əvvəlində deyib.

“Rəqabət əsl məsuliyyəti üzə çıxarır. Üç ölkə qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə işləməlidir”, deyə Si Szinpin vurğulayıb.

Çin lideri ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. Si Szinpin Tayvan mövzusunda ABŞ-ın “doğru iş görərək, ikitərəfli əlaqələrdə problemlərin qarşısını almalı” olduğunu vurğulayıb:

“Hazırda həll edilə bilməyən ixtilaflar konstruktiv şəkildə idarə olunmalıdır ki, eskalasiya baş verməsin. Çin və ABŞ əməkdaşlıq siyahısını uzatmalı, problem siyahısını isə qısaltmalıdır”.

O, həmçinin, Vaşinqton və Pekinin süni intellektlə bağlı təhlükəsizlik risklərinə qarşı kommunikasiya və koordinasiyasının gücləndirilməsinə, bu texnologiyanın həmişə insan nəzarəti altında qalmasının təmin edilməsinə çağırıb.

Si Szinpin bildirib ki, Çin, Rusiya və ABŞ tarixdən dərs çıxarmalı və qlobal çağırışlara qarşı birgə mübarizə aparmalıdırlar. O vurğulayıb ki, böyük dövlətlər dünyada sülhün və sabitliyin qorunub saxlanılmasında xüsusi məsuliyyət daşıyırlar.