Xəbər lenti

Məhkəmə vəkil Orxan Kəngərli ilə bağlı qərar verdi (FOTO)
Ölkə19:39 19.11.2026

Məhkəmə vəkil Orxan Kəngərli ilə bağlı qərar verdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli məhkəməyə gətirilib.

Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli hakim qarşısına çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dünən axşam Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.