Xəbər lenti

Cins şalvarları hər geyinmədən sonra yumaq olmaz (SƏBƏB)
DƏB23:21 19.11.2026

Cins şalvarları hər geyinmədən sonra yumaq olmaz (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cins şalvarların uzun müddət keyfiyyətini qoruması üçün onların düzgün yuyulması ilə yanaşı, yuyulma tezliyinə də diqqət yetirmək lazımdır. Məlum olub ki, bu geyimi hər istifadədən sonra paltaryuyan maşına atmaq məsləhət görülmür.

Qaynarinfo xəbər verir ki, "Martha Stewart" portalı cins şalvarların yuyulma qaydaları ilə bağlı mütəxəssislərin tövsiyələrini dərc edib.

Mütəxəssislərin fikrincə, adi cins şalvarları təxminən 10 dəfə geyindikdən sonra yumaq kifayətdir. Daha tez-tez yuyulması parçanın sürətlə köhnəlməsinə, rənginin solmasına və ilkin görünüşünü itirməsinə səbəb ola bilər.

Bununla belə, şalvar çirklənibsə və ya xoşagəlməz qoxu yaranıbsa, 10 dəfə geyinməyi gözləməyə ehtiyac yoxdur. Ağır fiziki işlə məşğul olan və çox tərləyən şəxslər də cinslərini daha tez-tez yuya bilərlər.

Şalvarın yuyulma vaxtının çatdığını göstərən başqa əlamətlər də var. Diz nahiyəsində qırışların və şişkinliklərin yaranması, parçanın toxunuş zamanı sürüşkən hiss edilməsi onun yuyulmasına ehtiyac olduğunu göstərə bilər.

Mütəxəssislər xam denimdən hazırlanan cins şalvarlara isə fərqli yanaşmağı tövsiyə edirlər. Zavodda əvvəlcədən yuyulmayan və ağardılmayan belə şalvarları aldıqdan sonra ilk dəfə 4-6 ay keçdikdən sonra yumaq məsləhət görülür. Sonrakı yuyulmalar isə bir neçə aydan bir həyata keçirilə bilər.

Yuyulma zamanı şalvarın düymə və fermuarlarını bağlamaq, onu tərsinə çevirmək və aşağı temperatur seçmək tövsiyə olunur. Bu qaydalara əməl etmək parçanın keyfiyyətini və rəngini daha uzun müddət qorumağa kömək edir.

Aydın