Xəbər lenti

Vyetnam mediasından İlham Əliyevin səfərinə geniş diqqət (VİDEO)
Siyasət15:16 20.11.2026

Vyetnam mediasından İlham Əliyevin səfərinə geniş diqqət (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vyetnam mediası Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinə geniş yer ayırıb.

Qaynarinfo xəbər verir ki, nüfuzlu qəzet və xəbər portalları səfərin Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, xüsusilə strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələrini işıqlandırıb.

Nəşrlərdə iki ölkə arasında enerji, ticarət, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri önə çəkilib. Məqalələrdə həmçinin Azərbaycan və Vyetnam xalqları arasında 60 ildən artıq tarixə malik dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.