Xəbər lenti

Azercell-in "30 il səninlə" lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Ekonomiks15:41 20.11.2026

Azercell-in "30 il səninlə" lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azercell-in 30 illik yubileyinə həsr olunan “30 il səninlə” lotereyasında hədiyyə sevinci davam edir! Fakturasız xətt abunəçiləri arasında 11 və 17 noyabr tarixlərində keçirilən növbəti iki tirajın nəticələrinə əsasən daha 14 nəfər iPhone 17 Pro smartfonunun, 2 nəfər isə Toyota Corolla Cross avtomobilinin sahibi olub.

Beləliklə, lotereya çərçivəsində indiyədək Fakturasız xətt abunəçilər üçün keçirilən dörd tirajın nəticəsində ümumilikdə 28 iPhone 17 Pro smartfonu və 4 Toyota Corolla Cross avtomobili qaliblərə təqdim olunub. Hər tirajda 7 smartfonun qalibi gündəlik toplanan lotereya şansları, 1 avtomobilin qalibi isə həftə ərzində formalaşan şanslar arasından müəyyən edilir.

Hədiyyə qazanmaq fürsəti qarşıdakı həftələrdə də davam edəcək. Fakturasız xətt abunəçiləri üçün növbəti tirajlar 24 noyabr, 1, 8 və 15 dekabr tarixlərində, Fakturalı xətt abunəçiləri üçün isə 30 noyabr və 30 dekabr tarixlərində keçiriləcək.

Lotereyada iştirak etmək üçün Azercell tətbiqinin “Lotereya” bölməsində qeydiyyatdan keçmək və ya 3035 qısa nömrəsinə START yazaraq SMS göndərmək və qaydaları təsdiqləmək üçün BƏLİ yazıb yenə 3035-ə göndərmək kifayətdir.

Abunəçilər balanslarını artırmaqla, uyğun məhsul və xidmətlərdən istifadə etməklə, eləcə də xüsusi Şans paketlərini aktivləşdirməklə lotereya şansları toplaya bilərlər. Bundan əlavə, abunəçilər mobil tətbiqdə təqdim olunan həftəlik tapşırıqları yerinə yetirməklə əlavə şanslar əldə edə və şanslarını 5 dəfəyədək artıra bilərlər.

Kampaniyanın baş mükafatı – şəhərin mərkəzində yerləşən tam təmirli ikiotaqlı mənzil 30 dekabr tarixində keçiriləcək final tirajında oynanılacaq. Meqa tirajda həm fakturasız, həm də fakturalı xətt abunəçilərinin əvvəlki tirajlarda uduş qazanmamış şansları da iştirak edəcək.

Lotereyanın şərtləri və iştirak qaydaları ilə Azercell-in rəsmi internet səhifəsində tanış ola bilərsiniz.

Lotereyaya qoşulun və növbəti qalib siz olun!