
Qadınlardan ibarət Azərbaycan milli komandası noyabrın 24-dən dekabrın 5-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat verilib.
Bildirilib ki, toplanış çərçivəsində millimiz Səudiyyə Ərəbistanının qadınlardan ibarət yığma komandası ilə iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
2 dekabr 2026
15:00. Azərbaycan – Səudiyyə Ərəbistanı
Bayıl Stadionu
5 dekabr 2026
15:00. Azərbaycan – Səudiyyə Ərəbistanı
Bayıl Stadionu