Xəbər lenti

Premyer Liqa: "Sabah" XII turda böyükhesablı qələbə qazanıb
Ölkə20:57 20.11.2026

Premyer Liqa: "Sabah" XII turda böyükhesablı qələbə qazanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Sabah" Misli Premyer Liqasının XII turunda qələbə qazanıb.

Qaynarinfo xəbər verir ki, Bakı təmsilçisi səfərdə "Sumqayıt"la üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma son ölkə çempionunun qələbəsi ilə yekunlaşıb - 5:1.

"Bayquşlar"ın heyətində Ksander Severina (22), İvan Lepinitsa (42), Timoteuş Puxaç (55), Aleksey İsayev (67), Xəyal Əliyev (75) fərqləniblər.

Meydan sahiblərindən Sedrik Dabalo 30-cu dəqiqədə təsəlli qolunu vura bilib.

Xallarının sayını 24-ə çatdıran "Sabah" hələlik birinci pillədə qərarlaşıb. "Sumqayıt" 10 xalla doqquzuncudur.

Günün ilk matçında "Zirə" "İmişli" ilə heç-heçə edib - 2:2.

Xatırladaq ki, Premyer Liqada XII tura noyabrın 22-də yekun vurulacaq.