Xəbər lenti

Xocalı soyqırımının şahidi Salman Abbasov vəfat etdi (FOTO)
Ölkə23:08 20.11.2026

Xocalı soyqırımının şahidi Salman Abbasov vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

1992-ci ildə Xocalı soyqırımı zamanı ailə üzvləri ilə birlikdə əsir düşüb və ağır işgəncələrə məruz qalan Salman Abbasov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat yayıb.

86 yaşında vəfat edən S. Abbasov bu gün doğma torpağı Xocalıda dəfn olunub.

Qeyd edək ki, o, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı hadisələri zamanı lentə aldığı kadrlardan tanınan Ləfxanım Mahmudovanın atasıdır. Xocalının işğalından sonra Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayıb.