Xəbər lenti

Sumqayıtda yol çökdü
İdman09:29 21.11.2026

Sumqayıtda yol çökdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıtda yolun daha bir hissəsi çöküb.

Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, Üzeyir Hacıbəyli küçəsində yolun ayrı-ayrı hissələrində daha əvvəl də çökmələr qeydə alınıb. Bir neçə gün əvvəl küçənin başqa bir hissəsində yaranan çökmə aradan qaldırılıb. Bundan bir neçə ay öncə də eyni küçədə yolun digər hissəsi çökərək təmir olunmuşdu. İndi isə küçədə növbəti, üçüncü çökmə qeydə alınıb.