Xəbər lenti

Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - Polis saxladı
Ölkə12:10 21.11.2026

Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı - Polis saxladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkən avtomobil almaq məqsədilə banklardan birindən 4000 manat kredit götürərək pulu yaşadığı evə gətirib. Lakin mənzildə olmadığı vaxt həmin vəsait oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxsin əvvəllər də oğurluq cinayətinə görə məhkum olunduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.