Xəbər lenti

TƏBİB yoxlama apardı, şöbə müdiri işdən çıxarıldı
Ölkə12:17 21.11.2026

TƏBİB yoxlama apardı, şöbə müdiri işdən çıxarıldı

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə Zülfüqar Məmmədov adına Xəstəxananın Endokrinoloji şöbəsinin müdiri Sevda Əsgərova tutduğu vəzifədən azad edilib.

Qaynarinfo gencexeber.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri tərəfindən Gəncədə bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar aparılıb.

Sevda Əsgərovanın vəzifədən azad edilməsinin həmin yoxlamalarla əlaqəli olduğu ehtimal edilir.

Qeyd edək ki, Sevda Əsgərova 2017-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.