Xəbər lenti

Cennifer Lopezin milyon dollarlıq boyunbağısını dörd polis qorudu (FOTO
Maqazin13:27 21.11.2026

Cennifer Lopezin milyon dollarlıq boyunbağısını dörd polis qorudu (FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez Las-Veqasda keçirilən xüsusi tədbirdə həm geyimi, həm də milyonlarla dollar dəyərində olduğu bildirilən zinət əşyaları ilə diqqət çəkib.

Qaynarinfo xəbər verir ki, 57 yaşlı ulduz Las-Veqasda baş tutacaq konsertlərinin təqdimat gecəsində Dolce & Gabbana imzalı geyimdə səhnəyə çıxıb.

Lopezin yarı şəffaf, krujevalı libası və üzərindəki rəngli naxışlarla bəzədilmiş tunikası gecənin diqqət çəkən detalları arasında olsa da, əsas marağa səbəb onun taxdığı brilyant boyunbağı olub.

Müğənninin boynundakı sarı almazın təkbaşına 100 karat ağırlığında olduğu, ətrafındakı digər daşlarla birlikdə boyunbağının ümumi çəkisinin 186 karata çatdığı bildirilir. “Sicily” adlanan zinət əşyası dəsti eyni zamanda sırğalarla tamamlanıb.

Lopez “Variety” jurnalına açıqlamasında bu zinət əşyalarını İtaliyada moda həftəsi çərçivəsində iştirak etdiyi tədbirdə gördüyünü və bəyəndiyini deyib. Onun sözlərinə görə, dizayner boyunbağını məhz həmin gecə taxması üçün göndərib.

Müğənni zinət əşyasının son dərəcə bahalı olduğunu vurğulayaraq, onun nəsildən-nəslə ötürülə biləcək qiymətli bir miras olduğunu bildirib.

Gecənin ən maraqlı məqamlarından biri isə boyunbağının təhlükəsizliyi ilə bağlı olub. Lopezin açıqlamasına əsasən, milyonlarla dollar dəyərindəki zinət dəstini qorumaq üçün tədbir zamanı dörd polis əməkdaşı xüsusi olaraq vəzifələndirilib. Müğənninin sözlərinə görə, təhlükəsizlik əməkdaşları bütün gecə diqqətlərini məhz bu zinət əşyalarından çəkməyiblər.

Qeyd edək ki, Lopezin səhnədə səsləndirəcəyi mahnılarla yanaşı, Bronksda keçən uşaqlıq və gənclik illərindən başlayaraq həyat hekayəsini də əks etdirəcək xüsusi layihə təqdim etməsi nəzərdə tutulur.

Aydın