Xəbər lenti

Polad Bülbüloğlu: İsraildə 5 ağır əməliyyat keçirdim
Ölkə13:56 21.11.2026

Polad Bülbüloğlu: İsraildə 5 ağır əməliyyat keçirdim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Xalq artisti, Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, deputat Polad Bülbüloğlu səhhətində yaranan ciddi problemlər və İsraildə keçirdiyi əməliyyatlar barədə danışıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə “YouTube” platformasında yayımlanan “Sheinkin40” layihəsində danışıb.

Bakıda verdiyi müsahibədə Polad Bülbüloğlu son illərdə gözlərində yaranan problemlərdən danışıb. O, müalicə imkanlarını araşdırmaq üçün ABŞ, Rusiya daha bir neçə ölkədə həkim konsultasiyalarında iştirak edib. O gözləri ilə bağlı problemin həllini İsraildə tapdığını etiraf edib.

“Amma mənim tibbi göstəricilərim əsasında ən real kömək İsraildə göstərildi. Mən İsraildə beş ağır əməliyyat keçirdim. Onlardan biri Təl-Əvivdə, qalanları isə Hayfa şəhərində keçirildi. Onların sayəsində bu gün qarşınızda əyləşmişəm, sizi görürəm”, – deyə Polad Bülbüloğlu bildirib.

Xatırladaq ki, müsahibəsində Polad Bülbüloğlu musiqi fəaliyyəti, Azərbaycanın mədəniyyət naziri və Rusiyadakı səfirlik fəaliyyəti dövrünə aid açıqlamalar verib.