Xəbər lenti

Britaniya yenidən Avropa İttifaqına qayıda bilər - Baş nazirin planı
Dünya15:53 21.11.2026

Britaniya yenidən Avropa İttifaqına qayıda bilər - Baş nazirin planı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Böyük Britaniyanın Baş naziri Endi Börnham ölkəsinin Avropa İttifaqına (Aİ) yenidən qoşulması ideyasını dəstəkləyir və bu istiqamətdə Brüssellə məsləhətləşmələrə başlamağı planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Times” nəşri hökumət başçısının yüksək vəzifəli müttəfiqinə istinadən məlumat yayıb.

Noyabrın 20-də Brüsseldə keçirilən sammitdən sonra Börnham Aİ ilə münasibətlərin gələcəyini müəyyənləşdirmək üçün birillik müzakirə prosesinə start verildiyini açıqlayıb. Bu çərçivədə növbəti parlament seçkilərindən sonra uzunmüddətli əməkdaşlıq imkanlarının qiymətləndirilməsi nəzərdə tutulur. Seçkilər ən geci 2029-cu ilin avqustunadək keçirilməlidir.

Nəşrin yazdığına görə, baş nazir Aİ ilə münasibətlərin mümkün variantlarını ölkənin onillik inkişaf strategiyasına daxil etmək niyyətindədir. Börnham daha əvvəl də Brüssellə uzunmüddətli əlaqələrin müzakirəsinin vacibliyini vurğulayıb. Bununla belə, o, hazırkı parlamentin səlahiyyət müddətində mövcud razılaşmalardan daha irəli getməyin çətin olacağını bildirib.

Buna səbəb 2024-cü il seçkiləri ərəfəsində Leyboristlər Partiyasının vahid bazara və gömrük ittifaqına qayıtmayacağı, eləcə də insanların sərbəst hərəkəti prinsipini bərpa etməyəcəyi ilə bağlı verdiyi vədlərdir.

Brüssel sammitində tərəflər ərzaq və kənd təsərrüfatı məhsullarının Aİ-yə ixracı zamanı yoxlamaların böyük hissəsinin aradan qaldırılması, gənclər mübadiləsi proqramı və emissiya kvotaları üzrə ticarət mexanizmi daxil olmaqla bir sıra razılaşmalar əldə ediblər. Bu sənədlərin icrası üçün qanun layihəsinin yaxın günlərdə Britaniya parlamentinə təqdim olunacağı gözlənilir.

“The Times”ın məlumatına görə, Aİ üzvü olan ölkələr razılaşmanın qüvvəyə minməsi üçün Londondan əlavə güzəşt tələb edirlər. Söhbət Aİ ölkələrindən olan tələbələrin Britaniya universitetlərində təhsil haqqının azaldılmasından gedir.

Aydın