Xəbər lenti

Super Liqa: "Qalatasaray" "Samsunspor"u məğlub etdi
İdman19:19 21.11.2026

Super Liqa: "Qalatasaray" "Samsunspor"u məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Super Liqasında növbəti turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, “Qalatasaray” doğma meydanda “Samsunspor”la qarşılaşıb.

İstanbul təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.

Görüşdə hesabı 4-cü dəqiqədə Lukas Torreyra açıb. Yunus Akgün 53-cü dəqiqədə fərqi iki topa çatdırıb. Qonaqların heyətində isə 57-ci dəqiqədə Məhəmməd Bayo fərqlənib.

Qeyd edək ki, XII turun qarşılaşmasından sonra “Qalatasaray”ın xalları 31-ə çatıb və komanda liderliyini qoruyub. “Samsunspor” isə 7 xalla 17-ci pillədə qərarlaşıb.