Xəbər lenti

Premyer Liqa: "Turan Tovuz" və "Qəbələ" qələbə qazandı
İdman19:10 21.11.2026

Premyer Liqa: "Turan Tovuz" və "Qəbələ" qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasının XII turunda "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlub edib.

Qaynarinfo-nun məlumatına görə, Şamaxı şəhər stadionunda keçirilən matçda Tovuz təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Qolları 34-cü dəqiqədə Joarlem Santos, 88-ci dəqiqədə isə İbrahima Vadji rəqib qapısından keçiriblər.

Bu nəticədən sonra "Turan Tovuz" turnir cədvəlində 24 xalla üçüncü pillədə qərarlaşıb. 14 xala malik "Şamaxı" isə 7-cidir.

Günün ikinci oyununda "Qəbələ" səfərdə "Şəfa" ilə üz-üzə gəlib. "SOCAR Polymer Arena"da təşkil olunan qarşılaşmada Qəbələ təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Bölgə təmsilçisinin heyətində 59-cu dəqiqədə Şahin Şahniyarov, 90+2-ci dəqiqədə isə Meşak Uboçioma fərqləniblər.

Bu nəticədən sonra "Qəbələ" 11 xalla 9-cu pillədə qərarlaşıb. 5 xala malik Bakı klubu isə 11-ci yerdədir.

Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"a (5:1) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.