Xəbər lenti

Saçlara parlaqlıq və sağlam görünüş verən yağ qarışığı - Mütəxəssislərdən tövsiyələr
Sağlamlıq09:39 22.11.2026

Saçlara parlaqlıq və sağlam görünüş verən yağ qarışığı - Mütəxəssislərdən tövsiyələr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saçlara qulluq üçün kokos və rozmarin yağının birlikdə istifadəsi yenidən populyarlaşıb. Sosial şəbəkələrdə geniş yayılan bu üsul saçların nəmləndirilməsi, parlaqlığının artırılması və baş dərisinə qulluq məqsədilə tətbiq olunur.

Qaynarinfo xəbər verir ki, itatiaia.com.br bu qarışığın hazırlanması və düzgün istifadəsi ilə bağlı tövsiyələri dərc edib.

Məlumata görə, kokos yağı saç tellərinin yumşalmasına və nəmini qorumasına kömək edir. Onun tərkibindəki laurin turşusunun saçların yuyulması zamanı zülal itkisini azaltmaq xüsusiyyəti olduğu bildirilir. Rozmarin yağı isə əsasən baş dərisinə qulluq üçün istifadə olunur.

Qarışığı hazırlamaq üçün iki xörək qaşığı kokos yağı su hamamında əridilir. Yağ bir qədər soyuduqdan sonra üzərinə 5-10 damcı rozmarin efir yağı əlavə edilərək qarışdırılır. Hazır məhlul günəş şüalarından uzaq, sərin yerdə saxlanmalıdır.

Nəşr xəbərdarlıq edir ki, rozmarin efir yağını durulaşdırmadan birbaşa dəriyə çəkmək olmaz. Bu, qıcıqlanmaya səbəb ola bilər.

Qarışığın istifadəsi üçün az miqdarda yağ ovuclarda isidilərək baş dərisinə və saçlara çəkilir. Bir neçə dəqiqə dairəvi hərəkətlərlə masaj etdikdən sonra yağ saçın uclarına qədər yayılır. Təxminən 30 dəqiqə saxlanıldıqdan sonra yumşaq şampunla yuyulması tövsiyə edilir.

Əgər dəri qarışığa normal reaksiya verirsə, onu həftədə 1-3 dəfə tətbiq etmək mümkündür. İlk istifadədən əvvəl isə qulaq arxasında və ya qolun ön hissəsində az miqdarda sınaq aparmaq, 24 saat ərzində qızartı və qaşınma kimi əlamətlərin yaranıb-yaranmadığını yoxlamaq məsləhət görülür.

Məqalədə nazik telli saçlara sahib olanlara yağdan az istifadə etmək tövsiyə olunur. Çünki həddindən artıq yağ saçların daha tez yağlı görünməsinə səbəb ola bilər. Saç tökülməsi nəzərəçarpacaq dərəcədədirsə və əlavə əlamətlərlə müşayiət olunursa, dermatoloqa müraciət etmək vacibdir.

Qeyd edək ki, kokos yağının saçlara faydaları ilə bağlı bəzi iddialar olsa da, onun bütün ənənəvi istifadələrini təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.

Aydın