Xəbər lenti

Azərbaycanda ən yüksək maaş verilən şəhər və rayonlar (SİYAHI)
Ekonomiks15:00 22.11.2026

Azərbaycanda ən yüksək maaş verilən şəhər və rayonlar (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların adları açıqlanıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşkil edib.

Ən yüksək orta aylıq əməkhaqqı Xankəndi şəhərində qeydə alınıb. Burada orta aylıq əməkhaqqı 1 658,8 manat olub. İkinci yerdə 1 543,6 manatla Daşkəsən rayonu, üçüncü yerdə isə 1 479,4 manatla Bakı şəhəri qərarlaşıb.

Bundan başqa, Şuşa rayonunda orta aylıq əməkhaqqı 1 144,7 manat, Xocalı rayonunda 1 138,8 manat, Zəngilan rayonunda 1 089,8 manat, Gədəbəy rayonunda isə 1 023 manat təşkil edib.

Beləliklə, ölkə üzrə 7 şəhər və rayonda orta aylıq əməkhaqqı 1 000 manatı ötüb. Onlardan 5-i rayon, 2-si isə şəhərdir.

Ən aşağı orta aylıq əməkhaqqı isə Qax rayonunda qeydə alınıb. Bu rayonda göstərici 586,4 manat təşkil edib. Beləliklə, ən yüksək və ən aşağı göstəricilər arasındakı fərq 1 072,4 manat olub.

Statistikaya əsasən, şəhər və rayonlar üzrə əməkhaqqı göstəriciləri belə bölünüb:

500-600 manat arasında – 1 rayon;

600-700 manat arasında – 18 şəhər və rayon;

700-800 manat arasında – 37 şəhər və rayon;

800-900 manat arasında – 8 şəhər və rayon;

900-1 000 manat arasında – 4 şəhər və rayon;

1 000 manatdan yuxarı – 7 şəhər və rayon.

Beləliklə, 75 şəhər və rayonun 56-da orta aylıq nominal əməkhaqqı 800 manatdan aşağı olub.

Şəhər və rayonlar üzrə orta aylıq nominal əməkhaqqının məbləği (yanvar-sentyabr 2026):

Xankəndi şəhəri – 1 658,8 manat

Daşkəsən rayonu – 1 543,6 manat

Bakı şəhəri – 1 479,4 manat

Şuşa rayonu – 1 144,7 manat

Xocalı rayonu – 1 138,8 manat

Zəngilan rayonu – 1 089,8 manat

Gədəbəy rayonu – 1 023 manat

Sumqayıt şəhəri – 981,6 manat

Naxçıvan şəhəri – 953,9 manat

Şirvan şəhəri – 953 manat

Cəbrayıl rayonu – 901,9 manat

Qubadlı rayonu – 894,8 manat

Kəngərli rayonu – 845,4 manat

Abşeron rayonu – 844,6 manat

Siyəzən rayonu – 835,5 manat

Şahbuz rayonu – 809,8 manat

Qazax rayonu – 809 manat

Laçın rayonu – 806,6 manat

Gəncə şəhəri – 800,6 manat

Göygöl rayonu – 784,8 manat

Qəbələ rayonu – 778,7 manat

Hacıqabul rayonu – 776,4 manat

Xocavənd rayonu – 770,6 manat

Sədərək rayonu – 763 manat

Şamaxı rayonu – 762,3 manat

Ağdam rayonu – 762,1 manat

Babək rayonu – 761,5 manat

Ağdərə rayonu – 758,9 manat

İmişli rayonu – 757,9 manat

Biləsuvar rayonu – 757,1 manat

Şəmkir rayonu – 756,3 manat

Kəlbəcər rayonu – 754,3 manat

Salyan rayonu – 751,4 manat

Mingəçevir şəhəri – 750,7 manat

Goranboy rayonu – 748,1 manat

Kürdəmir rayonu – 742,5 manat

Qusar rayonu – 737,9 manat

Xaçmaz rayonu – 737,7 manat

Lənkəran rayonu – 737,6 manat

Cəlilabad rayonu – 736,9 manat

Astara rayonu – 735,9 manat

Quba rayonu – 733,5 manat

Qobustan rayonu – 729,6 manat

Ağsu rayonu – 724,9 manat

Şabran rayonu – 723,9 manat

Bərdə rayonu – 722 manat

Neftçala rayonu – 720,6 manat

Yevlax rayonu – 717,5 manat

Culfa rayonu – 716,4 manat

Şəki rayonu – 716,2 manat

Şərur rayonu – 712,5 manat

Ordubad rayonu – 710,6 manat

Füzuli rayonu – 709,6 manat

Ucar rayonu – 709,4 manat

Naftalan şəhəri – 707,1 manat

Sabirabad rayonu – 702,5 manat

Oğuz rayonu – 690,6 manat

Tərtər rayonu – 689,3 manat

Yardımlı rayonu – 688,7 manat

Lerik rayonu – 687,1 manat

Samux rayonu – 686,5 manat

Tovuz rayonu – 682,3 manat

Zaqatala rayonu – 677,7 manat

İsmayıllı rayonu – 675,3 manat

Ağdaş rayonu – 674,7 manat

Göyçay rayonu – 673,7 manat

Saatlı rayonu – 670,9 manat

Beyləqan rayonu – 664,4 manat

Masallı rayonu – 660,8 manat

Ağcabədi rayonu – 660,5 manat

Balakən rayonu – 659 manat

Ağstafa rayonu – 657,1 manat

Xızı rayonu – 655,7 manat

Zərdab rayonu – 652,4 manat

Qax rayonu – 586,4 manat